Elanlar

Doktorantura səviyyəsinə elektron sənəd qəbulu başlayır

12 aprel saat 12:00-dan etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Sənəd qəbulu portal.edu.az üzərindən həyata keçiriləcək. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az  üzərindən “Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.

Sistemə giriş artıq SİMA ilə olduğu üçün, əvvəlcə SİMA mobil tətbiqini telefonunuza yükləməyiniz və qeydiyyatdan keçməyiniz xahiş olunur. Əlavə olaraq sizə telegram qrupumuzun linkini göndəririk. Bu linkə qoşulmaqla Doktorantura ilə bağlı bütün elanları izləyə və AOİTAS ilə bağlı bütün proseslərdən məlumatlana bilərsiniz. Tabeliyinizdə olan bütün əməkdaşların bu qrupa qoşulmasını və əgər yeni əməkdaş təyin olunubsa, bizə məlumat verməyinizi xahiş edirik.

Telegram: https://t.me/+BVilwo1eEZY3ZWRi

© 2020 Əkinçilik ETİ