Xəbərlər

İnstitutun əməkdaşı “Heydər Əliyev və azəraycançılıq məfkurəsi” mövzusunda keçirilən konfransda iştirak edib

Goranboy rayonunda “Heydər Əliyev və azəraycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin vətən və xalq qarşısında xidmətlərindən danışılıb. Tədbirdə Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyev giriş sözü ilə çıxış edib. Digər qonaqlara da söz verilib.

Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin böyük elmi işçisi  Solmaz Baxşəliyeva çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan xalqını daha xoşbəxt və insanların daha firavan həyat şürdüklərini görmək istədiyini diqqətə çatdırıb. S. Baxşəliyeva çıxışı zamanı qeyd edib ki, “xoşbəxtəm ki, o vaxt Ulu öndərin tövsiyyəsinə əsaslanmışam və nəticədə gələcək nailiyyətlərimi qazanmışam. O zaman mənim 22 yaşım var idi. Ulu öndər Goranboy rayonu Qızılhacılı kəndinə, başçılıq etdiyim briqadaya da gəlmişdi, onu gül-çiçəklə qarşıladıq. Kollektivlə və mənimlə söhbətlər apardı, hər işimizlə yaxından tanış oldu və təcrübə bacarıqlarımızı gördükdən sonra tövsiyyələr verdi, bizə gələcək işlərimizdə uğurlar arzuladı.Ulu Öndərin sözləri, səsi və xatirəsi qəlbimdə daim yaşayacaq. Başçılıq etdiyim kollektivdən, sahədəki işlərimizdən, planlarımızdan, öhdəliklərimizdən çox-çox razı qalmışdı. Ulu Öndərin sayəsində ikinci təhsilimi aldım. Oun ruhu qarşısında baş əyirəm. Ruhun şad olsun Ulu Öndər, qoyub getdiyin işlər hamısı ləyaqətlə davam etdirilir.

© 2020 Əkinçilik ETİ