Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktiki seminar keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi-praktiki seminar keçirilib. Seminarı institutun direktoru Faiq Xudayev açıb. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

F.Xudayev “Heydər Əliyev dühası və Azərbaycan” mövzusu üzrə çıxış edib. Sonrainstitutun direktor müavinləri Qərib Novruzlu “Ümummilli Lider Heydər Əliyevin Aqrar sahənin sənayeləşdirilməsində rolu”, Sevinc Məmmədova “Ulu Öndər Heydər Əliyevin Azərbaycan aqrobiomüxtəlifliyinin mühafizəsi və seleksiyada istifadəsinə verdiyi töhvə”, əməkdaşlardan Yasin Kərimov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Yaqub Quliyev “Ümummilli Lider Heydər Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qaygı, əldə edilmiş nailiyyətlər”,Əbdürrəhman Adıgözəlov “Ulu Öndər Heydər Əliyevin müasir aqrar elm və aqrar sahənin inkişafı üçün apardığı siyasət”, Möhtəsim Əhmədov “Heydər Əliyev və Azərbaycanda
taxılçılığın inkişafı”,Solmaz Baxşəliyeva “Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın kənd təsərrüfatının inkişafında qadınların rolu”, Laçın Novruzov “Heydər Əliyev, Azərbaycan gəncliyi və aqrar sahənin inkişafı” mövzularında çıxış ediblər.

Tədbir boyu Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş olunub.

© 2020 Əkinçilik ETİ