Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq görüşü keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı (İƏTT) arasında əməkdaşlıq perspektivlərinə həsr edilmiş onlayn görüş keçirilib.

Görüşdə İƏTT-nin Buğdanın və gen bankların inkişafı üzrə fəaliyyət planı proqramının meneceri Makpal Bulatova, Çəltiyin inkişafı, sağlam və təhlükəsiz qida ekosistemi üzrə fəaliyyət planı proqramının meneceri Şahlo Atabayeva, ƏETİ-nin direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova və istehsalat üzrə direktor müavini Qərib Novruzlu iştirak ediblər. Buğda və çəltik bitkisinin seleksiyası və kompleks tədqiqi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının əsas məramı ərzaq qıtlığı və ərzaq təhlükəsizliyi istiqamətində üzv dövlətlərdə davamlı kənd təsərrüfatının təmin edilməsi və ilkin olaraq kənd yerlərinin inkişafına yönəlib.

© 2020 Əkinçilik ETİ