Xəbərlər

Rusiya ilə imzalanmış Anlaşma Memorandumu öz bəhrələrini verir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) və Rusiya Federasiyasının Beynəlxalq  Aqrar Təhsil Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd aqrar sahədə elm, təlim və innovasiya, kadr hazırlığı, habelə elm və təhsil üzrə birgə tədqiqat və təkmilləşdirmə işlərinin aparılmasında Azərbaycan və Rusiya əməkdaşlığının genişlənməsindən ibarətdir.

ƏETİ - nin “Torpaq və bitki analizləri” laboratoriyasının aparıcı elmi işçisi, a.e.ü.f.d. Zahid Xəlil oğlu Müstafayev  Rusiya Federasiyasının Beynəlxalq  Aqrar Təhsil Akademiyasının (BATA) müxbir üzvü seçilib. Üzvlük vəsiqəsini BATA-nın prezidenti k/t elmləri doktoru, professor Trifonova Mariya Fedotovna təqdim edib.

Bu hal Anlaşma Memorandumunda təsbit edilmiş aqrar sahə üzrə təcrübə və elmi materialın mübadiləsi, nəşrlər, müxtəlif  elmi tədbirlərin (seminar və konfranslar) təşkili, mütəxəssis və gənclərin peşəkar - təcrübi vərdişlərinin artırılması kimi fəaliyyətlərin intensivləşməsinə öz töhfəsini verəcək.

© 2020 Əkinçilik ETİ