Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı dünyasını dəyişib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Yaqub Quliyev 72 yaşında vəfat edib.

Yaqub İsmayıl oğlu Quliyev 1951-ci ildə Zəngəzur mahalının (Erm. Sisyan rayonu) Comərdli kəndində anadan olub. 

1969-1974-cü illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin İngilis-Azəri dillər fakültəsi üzrə magistr təhsili alıb. 

2000-2004-cü illərdə Azərbaycan Kənd Təsəsrrüfatı Akademiyasında Aqronomluq fakültəsində aqronomluq ixtisasına yiyələnib. O, 1974-1986-cı illərdə Sisyan rayonunun Comərdli kənd məktəbində müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini işləyib. 1982-ci ildə “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsində tərcüməçi işləyib. 1987-ci ildən 2000-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda tərcüməçi, xarici əlaqələr üzrə baş mütəxəssis vəzifələrində çalışıb.

2000-ci ildə Aqrar Elm Mərkəzində xarici əlaqələr üzrə baş mütəxəssis, daha sonra isə Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2001-ci ildən 2012-ci ilədək Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində müsabiqəli qrant proqramı üzrə mütəxəssis vəzifəsində işləyib.

2012-2021-ci il tarixlərində Aqrar Elm Mərkəzində Xarici əlaqələr şöbəsinin, sonra isə Hüquq, kadr və kargüzarlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. 

2020-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə kənd təsərrüfatı sahəsindəki xidmətlərinə görə "TƏRƏQQİ" medalı ilə təltif olunub.

2021-ci ildən etibarən Əkinçilik Elmi Tədqiqat İnstitutunun İctimai elmlər və xarici dillər kafedrasında baş müəllim vəzifəsinə təyin edilib.

Gözəl insan, istedadlı mütəxəssis Yaqub Quliyevin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq!

Allah rəhmət eləsin!

© 2020 Əkinçilik ETİ