Xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arasında onlayn görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən  hazırlanmış “Buğda ununa dair sanitariya normaları və qaydaları”,  “Çörək məhsullarına dair sanitariya normaları və qaydaları” adlı texniki normativ hüquqi akt layihələrinə Əkinçilik ET  İnstitutunun  mütəxəssisləri tərəfindən verilmiş rəy  və təkliflərlə bağlı onlayn formatda görüş keçirilib.

Görüşdə Əkinçilik ET  İnstitutunun  elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, Dənin keyfiyyəti laboratoriyasının müdiri Qətibə Həsənova, İlkin toxumçuluq və toxum keyfiyyəti laboratoriyasının aparıcı elmi işçisi Möhtəsim Əhmədov, AR Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev və Qida təhlükəsizliyinin tənzimlənməsi sektorunun müdiri  İradə Hüseynli iştirak edib.

Müzakirə prosesində  sözügedən texniki normativ hüquqi akt layihələri razılaşdırılıb.

© 2020 Əkinçilik ETİ