Xəbərlər

Ağcabədi rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası və Kürdəmir Təcrübə Sınaq Stansiyası festivalda iştirak edib. 
Festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə yanaşı 5-ci toxum sərgi-satış yarmarkası keçirilib.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri, eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib.
Tədbirdə həmçinin, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüblər.
İnnovasiya festivalında bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib, maarifləndirmə işləri icra olunub.
© 2020 Əkinçilik ETİ