Xəbərlər

Əkinçilik ETİ Naxçıvanda keçirilən “Aqrofestival”da iştirak edib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda “Aqrofestival” keçirilib.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olduqdan sonra festivalın keçirildiyi Sahil parkına gəliblər.
Festivalda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil olan, həmçinin patentləşmiş və rayonlaşmaya təqdim olunan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, amarant, sorqo, raps və s. bitkilərin toxumları və digər məhsullar nümayiş olunub.
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun nümayəndələri tərəfindən ətraflı olaraq cavablandırılıb.
Festivalda 45 şirkət və 55 ailə təsərrüfatçısı iştirak edib. Tədbirdə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçirilib.
© 2020 Əkinçilik ETİ