Xəbərlər

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan Respublikası (AR) Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi (AİM), Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu və AR KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikasının
Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kənd təsərrüfatının innovativ yollarla inkişafı və ekoloji problemlər” mövzusunda elmi konfrans keçirilib. Konfransda AR KTN-nin, AİM-nin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarının, MAKA-nın və digər təşkilatların, o cümlədən Özbəkistanın Azərbaycanda səfərdə olan “ARTİFEX Agrochem” şirkətinin nümayəndələri və mütəxəssislər, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev iştirak ediblər.
© 2020 Əkinçilik ETİ