Xəbərlər

Cəlilabad Bölgə Təcrübə Stansiyasında Heydər Əliyevin anadan olmasınnn 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Cəlilabad Bölgə Təcrübə Stansiyasında (BTS) Aqrar İnkişaf Könüllüləri Təşkilatı nümayəndələrinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Şahlar Əsədullayev açaraq tədbirin əhəmiyyətindən danışıb. 
Sonra iştirakçıların “Azərbaycanda Heydər Əliyevin aqrar sahənin uğurlu inkişafında rolu”, “Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafındakı töhfələri” mövzularında çıxışları dinlənilib.
Tədbirdə ƏETİ-nin, Cəlilabad BTS-in əməkdaşları, Cəlilabad rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, mütəxəssislər və fermerlər iştirak ediblər.
© 2020 Əkinçilik ETİ