Xəbərlər

Kürdəmir rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Kürdəmir rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl bölmələri təmsil edən qurum və şirkətlərin nümayəndələri öz məhsul və xidmətlərinin tanıtımını həyata keçiriblər.

Festivalda Sabirabad, İmişli, Zərdab, Ucar, Göyçay, Ağsu, Hacıqabul rayonlarından və ətraf bölgələrdən fermerlər, yerli şirkətlər həmçinin Özbəkistan Respublikasından 2 şirkət, mütəxəssislər, elmi-tədqiqat institutlarının, o cümlədən Əkinçilik ETİ-nin və digər müəssisələrin nümayəndələri iştirak ediblər.

Festivalda “Rəqəmsal kənd təsərrüfatı biliklərinin artırılması” bölməsi üzrə panel müzakirəsi keçirilib. Həmçinin festival çərçivəsində yerli şirkətin mütəxəssisləri tərəfindən təlim keçirilib. Festival zamanı kənd təsərrüfatı sahəsində sahibkarlığın və biznesin, qarşılıqlı faydalı və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və intensivləşdirilməsi niyyəti ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Aqrar İnnovasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

© 2020 Əkinçilik ETİ