Xəbərlər

Doktorantların hesabatlarının təqdimatları dinlənilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmlər doktoru proqramı üzrə Abdullayeva Nərgiz Şəki-Zaqatala bölgəsində “Vircinya tipli tütün sortlarının bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi və toxumçuluğunun təşkili”, Əkbərova Ülkər “Lənkəran bölgəsindəmüxtəlif üzvü və mineral gübrələrin bitkisinin aqronomik, məhsuldarlıq və keyfiyyət göstəricilərinə təsiri”, fəlsəfə doktoru proqramı üzrə Cahangirli Səbinə “İntroduksiya olunmuş buğda genotiplərinin yüksək məhsuldarlığı və stres amillərinə davamlılığı təmin edən fizioloji əlamətlərinin müəyyənləşdirilməsi”, Quluzadə Aygün “Növlərarası hibridləşmədən istifadə etməklə arpanın seleksiyası üçün başlanğıc materialın seçilməsi “, Həsənova Səma “Yumşaq buğdanın (Tritikum aestivum L.) yerli və introduksiya olunmuş sort və formalarının müxtəlif ekoloji şəraitdə qiymətləndirilməsi və seleksiyada istifadəsi”, Hüseynov Məmməd “Müxtəlif hidrotermik şəraitdə torpaq tipləri üzrə münbitlik göstəricilərinin və torpaq üzvi karbonunun geoməkan təhlili (Quba və Abşeron rayonu timsalında)” dissertasiya mövzularında hesabat veriblər.

© 2020 Əkinçilik ETİ