Xəbərlər

İnstitutun əməkdaşı Türkiyənin İzmir şəhərində keçirilən elmi-praktiki təlimdə iştirak edib

Türkiyənin İzmir şəhərində Ege Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda “CIMMYT” - in təşkilatçılığı ilə “Sürətli seleksiyanın əsasları” mövzusunda beynəlxalq elmi-praktiki təlim kursu keçirilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) “Modern seleksiya və molekulyar biologiya“ laboratoriyasının böyük elmi işçisi Qədimova Aytən təlimdə iştirak edib. O öz çıxışı zamanı ƏETİ-nin strukturundan, yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, nailiyyətlərindən, xidmət sahələrindən, əməkdaşlıq əlaqələrindən, gələcək planlarından və s. bəhs edib.

© 2020 Əkinçilik ETİ