Xəbərlər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı 188 saylı tam orta məktəbdə keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafata layiq görülüblər

Azərbayan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı növbəti tədbir keçirilib. Tədbir institut tərəfindən Bakı şəhəri 188 saylı tam orta məktəbdə elan edilmiş “Heydər Əliyev və Kənd Təsərrüfatı”, “Heydər Əliyev və Azərbaycan” mövzularında inşa müsabiqəsinin nəticələrinə həsr olunub. Tədbiri giriş sözü ilə institutun direktoru Faiq Xudayev açaraq tədbirin əhəmiyyətindən danışıb. O, Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı fikirlərini bildirib.

Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Əfsanəvi insan" adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru Vüqar Səlimov, Tərəvəzçilik ETİ-nin direktor müavini Ələmdar Əsgərov, 188 saylı tam orta məktəbin direktoru Esmira Məmmədova və məktəbin inşa müsabiqəsinin qalibləri, ƏETİ-nin əməkdaşları, Bölgə Təcrübə Stansiyalarının (BTS), Yardımçı Təcrübə Təsərrüfatlarının, Dayaq Məntəqələrinin rəhbərləri və d. iştirak ediblər. Tədbirdə çıxış edən iştirakçılardan Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru V.Səlimov, Tərəvəzçilik ETİ-nin direktor müavini Ə.Əsgərov, 188 saylı tam orta məktəbin direktoru E.Məmmədova, ƏETİ Qobustan BTS-nın direktoru Atabəy Cahangirov, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası”nın aparıcı elmi işçisi Əbdürəhman Adıgözəlov, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Mehdi Mehdiyev, institutun gənc alimlərindən Şərqiyyə Əfəndizadə diqqətə catdırıblar ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

ƏETİ-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə inşa müsabiqəsinin qalibləri institutun rəhbərliyi tərəfindən mükafata layiq görülüblər.

© 2020 Əkinçilik ETİ