Xəbərlər

Qobustan Bölgə Təcrübə Stansiyasında “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) “Heydər Əliyev ili” ilə bağlı tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə Qobustan BTS-in direktoru Atabəy Cahangirov açıb. Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra A. Cahangirov tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının teleyindəki misilsiz rolundan danışıb. O çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycanın müasir tarixi Ulu Öndərimizin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olub. Xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı bütün uğurlarda Heydər Əliyevin imzası vardır. Ulu Öndər Heydər Əliyevin aqrar sahəyə diqqəti bütün dövrlərdə Azərbaycanın inkişafı üçün əsas olmuşdur. Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə sözün əsl mənasında dönüş yaratdı. Sonra tədbir iştirakcılarının çıxışları dinlənildi. 
Tədbirdə ƏETİ-nin, Qobustan BTS-in əməkdaşları, mütəxəssislər, fermerlər iştirak ediblər.
© 2020 Əkinçilik ETİ