Xəbərlər

Tərtər Bölgə Təcrübə Stansiyasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə açaraq Müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsindən, şərəfli həyat və fəaliyyətindən danışıb. 
Sonra iştirakçıların Azərbaycanda Heydər Əliyevin aqrar sahənin uğurlu inkişafında, Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında rolu haqqında çıxışları dinlənilib.
Tədbirdə ƏETİ-nin, Tərtər BTS-in, Aqrar Təlim Mərkəzinin əməkdaşları iştirak ediblər.
© 2020 Əkinçilik ETİ