Xəbərlər

Elmi şuranın növbəti iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun rayonlaşmış dənli taxıl sortlarının toxumlarından istifadəyə görə dövlət və özəl toxumçuluq təsərrüfatları ilə bağlanmış lisenziya müqavilələrinə əsasən daxil olan maliyyə vəsaiti hesabına institutun və onun strukturuna daxil olan Bölgə Təcrübə Stansiyalarında çalışan sort müəlliflərinin mükafatlandırılması; seleksiyaçıların cari ildə seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş və respublikada geniş əkin sahəsinə malik olan rayonlaşmış bitki sortlarına görə mükafatlandırılması; yeni il, Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə əməkdaşların mükafatlandırılması; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə institutda yeni yaradılmış bitki sortlarının təqdim edilməsi ilə bağlı məsələlərin; ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatları Birliyinin fəaliyyəti ilə bağlı məsələlərin; “Otlaq və biçənəklər” şöbəsinin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Savalan Şahbaba oğlu Seyfəddinovun dosent elmi adı almaq üçün təqdim etdiyi şəxsi işin; nəşriyyat fəaliyyəti ilə bağlı və cari məsələlərin müzakirəsi aparılıb.

© 2020 Əkinçilik ETİ