Xəbərlər

İnstitutun əməkdaşları Həştərxan vilayətinin şirkətlərilə keçirilən görüşdə iştirak ediblər

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərilə online görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d dosent Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini, a.e.ü.f.d dosent Qərib Novruzlu, aparıcı elmi işçi, b.ü.f.d. Möhtəsim Əhmədov iştirak ediblər. 
Görüşdə kənd təsərrüfatının müxtəlif sahələri üzrə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
© 2020 Əkinçilik ETİ