Xəbərlər

ISO 9001:2015 Beynəlxalq Standartının şərhi 6-cı bölmə: Planlaşdırma. ISO 17025:2017 Beynəlxalq Standartı ilə ümumi tanışlıq mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “ISO  9001:2015 Beynəlxalq Standartının şərhi 6-cı bölmə: Planlaşdırma. ISO 17025:2017 Beynəlxalq Standartı ilə ümumi tanışlıq” mövzusunda növbəti təlim keçirilib. Təlimdə institutun əməkdaşları iştirak ediblər. Təlim müddətində ISO Standartları üzrə ekspert, i.e.f.d. Qalib Şərifov iştirakçılara ISO/IEC 17025:2017 standartı haqqında təqdimat əsasında məlumat verib. O bildirib ki, ISO/IEC 17025:2017 sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə, onların effektiv şəkildə fəaliyyətlərini həyata keçirmələri və etibarlı nəticələr göstərmələrinə dair tələbləri özündə ehtiva edən beynəlxalq standartdır. ISO/IEC 17025 standartı sınaq və kalibrləmə laboratoriyanın göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, potensial müştəri, tərəfdaş və investorların etibarını qazanmaq, bazarda rəqabət üstünlüyü əldə etmək, tənzimləyici orqanlar tərəfindən tanınmaq, eləcə də analoji laboratoriyalar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək və s təcrübə mübadiləsi aparmaq üçün lazımdır.

ISO/IEC 17025 beynəlxalq standartının tətbiqi təşkilatı  fayda və üstünlükləri ilə təmin edir. Belə ki, sınaq və kalibrləmə laboratoriyalarının fəaliyyətindəki bütün proseslərin və göstərilən xidmətlərin keyfiyyətinin artması; spesifik sınaq sahələrində təsdiq edilmiş səlahiyyətlərə malik laboratoriya olaraq rəsmən tanınması; akkreditasiya edilmiş laboratoriyaların sınaq nəticələrinin daxili və beynəlxalq bazarlarda tanınması; resursların yaxşılaşdırılması; müştəri məmnuniyyətinin artması; personalın texniki səviyyəsinin artması; personalın səlahiyyət və məsuliyyətlərinin dəqiq müəyyən edilməsi; xarici bazarlara çıxış imkanının yaranması və s.
İnteraktiv formatda keçirilən təlimdə iştirakçılar tərəfindən verilən bir çox suallar cavablandırılıb və müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ