Xəbərlər

Aqrar İnkişaf Könüllüləri Əkinçilik Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər

Aqrar İnkişaf Könüllülərinin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) ekskursiyası baş tutub. Onları institutun rəhbərliyi qarşılayıb. Könüllülər ƏETİ-nin yaranma tarixi, strukturu, kadr potensialı, fəaliyyət istiqamətləri, aparılan elmi-tədqiqat işləri və s. haqqında məlumatlandırılıblar.

ƏETİ-nin direktoru Faiq Xudayev könüllülərlə keçirilən görüşdə son zamanlar aqrar sahədə institutun rolunu xüsusi vurğulayıb, o cümlədən xarici ölkələrdən gətirilmiş müxtəlif növ bitki və toxum sortları haqqında da ətraflı məlumat verib.

Aqrar İnkişaf Könüllüləri institutun muzeyinə, genbankına şöbə və laboratoriyalarına baxış keçiriblər.

© 2020 Əkinçilik ETİ