Xəbərlər

Elmi şuranın növbəti iclası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində olan institutun 2023-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağının keçirilməsi, Elmi və Metodiki şuraların 2024-cü il üçün tərkiblərinin seçilməsi və təsdiqi, institutun və Elmi Şuranın 2024-cü il üçün fəaliyyət planlarının, Metodiki şurasının iş planının, respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatlarda aparılan mövsümi işlərin qiymətləndirilməsi məqsədilə yaradılmış “Monitorinq” qruplarının tərkibinin təsdiq edilməsi və fəaliyyətləri ilə bağlı məsələlərin, ƏETİ-nin 2024-cü il üçün elmi-tədqiqat işlərinin mövzu planının, institutun mövzu planına uyğun olaraq icraçıların 2024-cü il üçün iş və təqvim planlarının, institutun şöbə və laboratoriyalarının 2024-cü il üçün fəaliyyət planlarının təsdiqi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ƏETİ-yə təqdim edilən müxtəlif preparatların və gübrələrin sınağının keçirilməsi, istehsal olunmuş müxtəlif reproduksiyalı toxumların satış qiymətinin və müəllif haqqının ödənilməsi, nəşriyyat fəaliyyəti və cari məsələlərin müzakirəsi aparılıb.

© 2020 Əkinçilik ETİ