Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Həmkarlar İttifaqının hesabat seçki yığıncağı keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda keçirilən Həmkarlar İttifaqının hesabat seçki yığıncağında Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, Həmkarlar İttifaqı məclisinin üzvü Ramiz Təhməzov, institutun rəhbərliyi və kollektivi iştirak ediblər.
Yığıncağı institutun direktoru Faiq Xudayev açaraq Həmkarlar İttifaqının fəaliyyətindən bəhs edib. 
Sonra institutun Həmkarlar İttifaqının sədri Sevil Əliyeva hesabatla çıxış edib.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov qeyd edib ki, əməkçilərin hüquqlarının müdafiəsi, onların sağlamlığı, istirahətlərinin təşkili, əməyin mühafizəsi və digər məsələlər bundan sonra da həmkarlar təşkilatının diqqət mərkəzində olacaq və bu sahədə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. O, həmçinin diqqətə çatdırıb ki, əsas məqsədlərdən biri də əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimul yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasından ibarətdir. 
Daha sonra institutun Həmkarlar İttifaqının yeni üzvləri və sədri səsvermə yolu ilə seçilib.
© 2020 Əkinçilik ETİ