Xəbərlər

Novruz bayramı münasibətilə tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Novruz bayramının atributlarını, adət və ənənələrini özündə əks etdirən videoçarx nümayiş olunub.

İnstitutun direktoru Faiq Xudayev bayram münasibətilə kollektivi təbrik edib. O, xalqımızın milli dəyərlərə önəm verməsi baxımından Novruz bayramı keçirilməsinin əhəmiyyətini vurğulayıb. F.Xudayev Ulu Öndər Heydər Əliyevin Novruz bayramının dövlət səviyyəsində qeyd olunması məqsədilə atdığı mütərəqqi addımları xatırladıb. O, Prezident İlham Əliyevin hər il paytaxtda keçirilən Novruz şənliklərində iştirak etməsini və xalqımıza təbrik ünvanlamasını bayrama olan dövlət qayğısı kimi xarakterizə edib.

F.Xudayev rəhbərlik etdiyi kollektivə gələcək işlərində yeni-yeni nailiyyətlər və can sağlığı arzulayıb. İnstitut əməkdaşları da bayram təbriklərini, xoş arzu və istəklərini dilə gətiriblər.

© 2020 Əkinçilik ETİ