Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Dicle Universitetində təşkil edilmiş təlimdə iştirak edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Modern seleksiya və molekulyar biologiya” laboratoriyasının müdiri Həlimə Məmmədova Türkiyə Respublikasının Dicle Universitetində (Diyarbakır) onlayn formatda təşkil edilmiş “Proje Döngü Yönetimi” (Project cycle management) adlı təlimdə iştirak edib.

Təlim Diclə Universitetinin müəllimi Doç. Dr. Remzi Ekinci tərəfindən keçirilib.

Təlimdə layihələrin hazırlanmasında diqqət yetirilməli məsələlər (layihənin qəbul olunmasına mane olacaq səbəblər, layihədə araşdırılacaq problemin risklərinin müəyyənləşdirilməsi, büdcənin qurulması, layihə mövzusu seçərkən onun ölkə üçün prioritet olmasının vacibliyi, fikirlərin çatdırılma yolu və s.) haqqında geniş məlumat verilib.

© 2020 Əkinçilik ETİ