Xəbərlər

Bərk və yumşaq buğda genotiplərinin fizioloji və biokimyəvi parametrləri tədqiq olunur

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası” şöbəsində suvarılan və quraqlıq şəraitində becərilən bərk və yumşaq buğda genotiplərinin fizioloji və biokimyəvi parametrləri tədqiq olunur.

Buğda genotiplərinin su rejimi göstəriciləri, fotosintezedici piqmentlərin miqdarı, müxtəlif asimilyasiyaedici orqanların sahəsi və quru biokütləsi, osmolit və osmoprotektor rol oynayan prolinin miqdarı, membran lipidlərin peroksidləşmə məhsulu olan malondialdehidin miqdarı, akriv oksigen forması olan hidrogen peroksidin miqdarı, antioksidant ferment katalazanın aktivliyi tədqiq olunur. Aparılan tədqiqatlar buğdanın quraqlığa davamlılığının aydınlaşdırılmasında mühüm məlumat verir. Eyni zamanda alınan nəticələr əsasında buğda genotiplərini quraqlığa davamlılığına görə təsnif etmək mümkün olur.

© 2020 Əkinçilik ETİ