Xəbərlər

Torpaq və bitki örtüyünün CİS-texnologiyaları, məsafədən zondlama əsasında tədqiqi və xəritələşdirilməsi üzrə elmi-tədqiqat işi davam etdirilir

AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mövzu planına daxil olan “Azərbaycanın müxtəlif iqtisadi rayonlarının əkin və otlaq sahələrində torpaq və bitki örtüyünün CİS-texnologiyaları, məsafədən zondlama əsasında tədqiqi və xəritələşdirilməsi” mövzusu üzrə elmi-tədqiqatlar Dağlıq Şirvanın Qobustan və Şamaxı rayonları ərazisində davam etdirilir. Bu məqsədlə “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi Nizami Hümmətov Qobustan və Şamaxı rayonlarında GPS tətbiq edilməklə müxtəlif ərazilərdə əkinaltı torpaqlarda münbitliyin aqrofiziki və aqrokimyəvi göstəricilərini təyin etmək üçün nümunələr götürüb.

© 2020 Əkinçilik ETİ