Xəbərlər

Əkinçilik İnstitutuna şagirdlərin ekskursiyası təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) “Kaspi” liseyinin şagirdlərinin ekskursiyası təşkil olunub. Şagirdləri qarşılayan ƏETİ-nin direktor müavini Sevinc Məmmədova ekskursiya ərzində şagirdlərə institutun elmi fəaliyyəti haqqında məlumat verib. Sonra çörəyin hazırlanması ilə bağlı cizgi filmi nümayiş olunub. Şagirdlər çörəyin hazırlanma prosesinin və digər analizlərin aparıldığı “Dənin keyfiyyəti” laboratoriyası, “Modern seleksiya və molekulyar biologiya”, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi”, “Torpaq və bitki analizləri” laboratoriyaları və institutun tarixini əks etdirən muzeylə tanış olublar.

Şagirdlər həmçinin ƏETİ-nin Yardımçı Təcrübə Təsərrüfatı Birliyinin Abşeron sahəsinə baxış keçiriblər, o cümlədən texnikalarla tanış olublar. Sonra şagirdlərə hədiyyələr təqdim olunub.

© 2020 Əkinçilik ETİ