Xəbərlər

Əkinçilik İnstitutu tərəfindən EKO DOST “Super Start” - gübrəsinin tətbiqinə həsr olunmuş tarla seminarı keçirilib

2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı, COP 29-da təsbit edilmiş məqsədlərlə bağlı Əkinçilik Elmi Tədqiqat İnstitutunun (ƏETİ) fəaliyyət istiqamətlərinə uyğun olaraq məhsuldarlığın artırılmasında fermerlər və istehsalçıların maarifləndirilməsi məqsədilə ƏETİ tərəfindən Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində innovativ texnologiya, gübrə və kimyəvi preparatların dənli-taxıl əkinlərində aqrobioloji göstəricilərə təsirinin tədqiqi” üzrə EKO DOST “Super Start”-gübrəsinin tətbiqinə həsr olunmuş tarla seminarı keçirilib.

Tədbirdə Əkinçilik ETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, “Elexir Group” Şirkətinin (Serbiya) təmsilçisi Slobodan Ćirić, Estoniya “System separation” şirkətinin direktoru Indrek Vaasma, Azərbaycan “System separation” şirkətinin direktou Fizuli Qasımov, aqronom Hikmət Ağacanov, Əkinçilik ETİ-nin “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri Namilə Əzizova, a.e.i. Ehtibar İbrahimov, Tərtər BTS-in müdiri Rəşad Familzadə, e.i. Həqiqət Həşimova, şöbə müdirləri Vaqif Abbasov, Ziyəddin Mehdiyev, Ayaz Abdullayev və digər əməkdaşlar, Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi Bərdə Regional Mərkəzinin direktoru Bəhruz Nəzərov, müvafiq mütəxəssislər, Tərtər və Bərdə rayonunun fermerləri iştirak ediblər.
Öncə Sevinc Məmmədova qlobal iqlim dəyişikliyi fonunda ekoloji tarazlığın qorunmasının əhəmiyyətini vurğulayıb, “Buğda əkinində EKO DOST “Super Start” - gübrəsi” mövzusunda təqdimat edərək cari ildə Tərtər BTS-də suvarma, Cəlilabad BTS-də dəmyə və Şəki DM-də nəmliklə təmin olunmuş dəmyə şəraitlərində “Super Start” gübrəsinin tətbiqi ilə aparılmış təcrübə əkinləri haqda məlumat verib.

Sonra Slobodan Ćirić təqdimatla çıxış edərək “Elexir Group” Şirkətinin yaranma tarixi, hazırda fəaliyyət göstərən istehsal müəsissələri, “Super Start” gübrəsinin kənd təsərrüfatı bitkiləri əkinində effektliliyini vurğulayıb.

Indrek Vaasma tərkibində makro və mikroelementlər olan “Super Start” NP10:35 gübrəsinin müxtəlif becərmə şəraitlərində bitkilərin ilkin inkişafında və kök sisteminin güclənməsində əhəmiyyətini açıqlayıb.

Proqram üzrə digər natiqlərin çıxışlarından sonra sahəyə baxış keçirilib və qaşılıqlı müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ