Xəbərlər

İnstitutun əməkdaşları “İqlim dəyişməsinə uyğunlaşma” mövzusunda keçirilən təlimdə iştirak ediblər

AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Birləşmiş Millətlər İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə “İqlim dəyişməsinə uyğunlaşma” mövzusunda onlayn təlim keçirilib.

Təlimdə KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları “Bitki fiziologiyası” şöbəsinin müdiri Tofiq Allahverdiyev, “Bitki seleksiyası” şöbəsinin elmi işçisi, “Paxlalılar” proqramının rəhbəri Şərqiyyə Əfəndizadə iştirak ediblər.

Təlim müddətində iştirakıçlar tərəfindən iqlim dəyişiklikləri üzrə əsas konsepsiyalar, iqlim dəyişikliyinə uyğunlaşmalar, kənd təsərrüfatı sektorunda iqlim dəyişikliklərinə uyğunlaşmalar, su resurslarının idarə edilməsində iqlim dəyişikliklərinə uyğunlaşmalar, iqlim dəyişiklikləri ilə əlaqədar həssaslıq amilləri və qiymətləndirmələr, iqlim dəyişməsinə uyğunlaşma məsələləri və beynəlxalq öhdəliklər, Azərbaycan Respublikasının iqlim dəyişilmələrinə uyğunlaşma məsələləri üzrə milli siyasəti və planları, iqlim dəyişikliyinə uyğunlaşma və gender mövzuları üzrə təqdimatlar dinlənilib.

© 2020 Əkinçilik ETİ