Xəbərlər

Aqrar Tədqiqatlar Mərkəzinin Bitkiçilik Bölməsinin baş mütəxəssisi Əkinçilik ET İnstitutunda oldu

07.08.2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Bitkiçilik Bölməsinin baş mütəxəssisi Tural Cavadzadə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldu. Səfərin məqsədi “Azərbaycan Respublikasında taxılçılığın inkişafına dair 2018-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun fikir mübadiləsi aparmaq idi. Müzakirədə Əkinçilik ET İnstitutunun direktor müavinləri Nizami Hümmətov və Atif Zamanov iştirak etdilər. Görüşdə Respublikamızda aqrar sahəyə dövlət qayğısı, qəbul edilən Dövlət Proqramları, taxılçılığın və toxumçuluğun inkişaf perspektivləri, bitkilər üzrə ixtisaslaşma, aqrotexniki qulluq işlərinin vaxtında və səmərəli aparılması, biçinsonrası sahələrin yandırılması fəsadları və sair məsələlər ətrafında geniş və maraqlı fikir mübadiləsi aparıldı. Diskusiya zamanı Əkinçilik ET İnstitutunun Respublikada taxılçılığın inkişafında rolu xüsusi olaraq qeyd edildi, institutun patent sahibi olduğu sortlar haqqında geniş məlumat verildi və onların müxtəlif aqroekoloji bölgələr üçün adaptiv xüsusiyyətlərə malik olduğu vurğulandı. Müzakirələrdə, habelə aqrar elmin və istehsalatın inteqrasiyasının iqtisadi əhəmiyyətindən bəhs olundu. Sonra qonaq institutun tədqiqat laboratoriyaları, genbank və muzeylə tanış oldu.        

© 2020 Əkinçilik ETİ