Xəbərlər

İnstitutun əməkdaşı Rusiyanın Moskva şəhərində Ərzaq Təhlükəsizliyi üzrə Avrasiya Mərkəzinin keçirdiyi konfransda iştirak etdi

2-4 oktyabr 2018-ci il tarixlərində Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Qulu oğlu Hümmətov Ərzaq Təhlükəsizliyi üzrə Avrasiya Mərkəzi, Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutu (İFPRİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Moskva şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetində “Avrasiyada ərzaq təhlükəsizliyi və qidalanmanın yaxşılaşdırılması üçün ərzaq və kənd təsərrüfatı sistemlərinin transformasiyası” mövzusunda keçirilən konfransda iştirak etdi. Konfransda Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ermənistan, ABŞ, Azərbaycan, Vyetnam, Cənubi Koreya, Belçika və Fransadan 150-dən çox nümayəndə iştirak edirdi. Plenar, 3 bölmə və 4 sessiya iclaslarında Avrasiyada ərzaq təhlükəsizliyi təminatının strateji məqsəd və vəzifələri, Avrasiyada ərzaq təhlükəsizliyi və qidalanmanı yaxşılaşdırılması üçün ərzaq və kənd təsərrüfatı sistemlərinin transformasiyası, qida sistemində qida məhsulları və qida tullantılarının itkisinin azaldılması, iqlim dəyişkənliyi və ərzaq təhlükəsizliyinin müasir problemləri, ayrı-ayrı ölkələrdə orqanik kənd təsərrüfatının inkişaf effektivliyinin qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində tədqiqatların və məsləhət xidmətləri sisteminin bəzi ölkələr üçün inkişaf dinamikasının öyrənilməsi və Avrasiya regionu ölkələrində tətbiqi, Avrasiya regionunda ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq resurslarının davamlı idarə olunmasının və kənd təsərrüfatında  məhsuldarlığın artırılmasının rolu, ərzaq təhlükəsizliyi və qidalanmanın möhkəmləndirilməsi üçün sosial müdafiə sistemləri, Qafqaz və Mərkəzi Asiya ölkələrində ərzaq təhlükəsizliyi və qidalanmanın möhkəmləndirilməsi üçün potensialın inkişaf etdirilməsi və s. məsələlərə həsr olunmuş çoxsaylı məruzələr dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı. Nizami Hümmətov Dünya Bankı, İCARDA, FAO beynəlxalq təşkilatlarının proqram-layihələri çərçivəsində Azərbaycanda ərzaq təhlükəsizliyinin inkişafı və Avrasiya regionu ilə qarşılıqlı əlaqələr haqqında konfrans iştirakçılarına məlumat verdi. Ərzaq Təhlükəsizliyi üzrə Avrasiya Mərkəzinin direktoru professor Sergey Şoba yekun çıxışında mərkəzin hər il keçirdiyi konfrans yığıncağında Avrasiya regionu ölkələrinin ərzaq təhlükəsizliyinin inteqrasiyası baxımından iştirakının vacibliyini xüsusilə vurğuladı.    

 

© 2020 Əkinçilik ETİ