Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda toxumçuluğa dair iclas keçirildi

11.10.2018 tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə toxumçuluğa dair içlas keçirildi. İclasın gündəliyinə  Azərbaycan Respublikasında taxıl toxumçuluğunun vəziyyəti: problemlər və prespektivlər daxil edilmişdi. Gündəliklə bağlı AEİM-in baş direktoru  Vüqar Babayev, KTN Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Xidmətinin rəisi İmran Cümşüdov, Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai, FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov, KTN Dövlət Toxum Fondunun sədri Emin Əliyev, S.G.S  Beynəlxalq Audit şirkətinin  Azərbaycan nümayəndəliyinin rəhbəri Seymur Ağayev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Mürşüd Qəhrəmanov, Qarabağ toxum MMC-nin direktoru Fərəc Orucov, fermerlər, istehsalcılar və b. istirak edirdilər. Gündəliyə daxil olan mövzu ətrafında müxtəlif çıxışlar səsləndi, fikir mübadiləsi aparıldı təkliflər bildirildi və tövsiyyələr verildi. Problemlərin həlli yolları araşdırıldı.

© 2020 Əkinçilik ETİ