Xəbərlər

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşliq müqaviləsi imzalandı

04.12.2018 tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalandı. Tədbiri giriş sözü ilə acan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Təlai əməkdaşliq müqaviləsinin aktuallığından, mahiyyətindən və əhəmiyyətindən bəhs etdi. O, əməkdaşlığın istiqamətlərindən məlumat verərək, elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, seleksiya materialları əsasında müasir dövrün tələblərinə cavab verən dənli-taxıl və paxlalı  bitkilərin yeni sortlarının yaradılması, aparılan elmi-tədqiqat işlərinə gənc tədqiqatçıların cəlb edilməsi və onların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakının dəstəklənməsi və s. bu kimi məsələlərə toxundu. Sonra sözü AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmləri üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova verdi. Z. Əkpərov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kollektivini salamlayaraq, əməkdaşlıq müqaviləsinin bağlanmasını təqdirəlayiq hesab edərək dəstəklədiyini və müsbət nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirdi. Sonra o, tərəflərin öhdəlikləri məsələlərinə toxunaraq bir sıra işlərin aparılmasından, lazımi şəraitin yaradılmasından və s. bəhs etdi. Sonda hər iki tərəf arasında birgə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalandı.

© 2020 Əkinçilik ETİ