Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Ucar və Göyçay DAİM-də fermerlərə təlim keçmişlər

11.02.2019 tarixində Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun əməkdaşları Əzizova Namella və İbrahimov Ehtibar Ucar DAİM-də 25 nəfər, Göyçay DAİM-də isə 19 nəfər fermerə "Taxıllardan yüksək keyfiyyətli məhsul alınmasında xəstəlik və zərərvericilərə qarşı mübarizənin əhəmiyyəti" mövzusunda təlim keçmişlər. Təlimçilər respublikanın taxıl əkinlərində geniş yayılmış zərərli orqanizmlər -xəstəliklər (göbələk, bakteriya, virus), ziyanverici həşəratlar, nematodlar, gəmiricilər, alaq otlarının növ tərkibi, yayılması, zərərvericiliyi və əsas növlərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumat verdilər. Təlimdə fermerlərin sualları ətraflı cavablandırıldı, təklifləri dinlənildi. Onlar təlimlərin vaxtaşırı keçirilməsi kimi təkliflər verdilər.

 

 

© 2020 Əkinçilik ETİ