Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

01.03.2019 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. Seminarı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov elmi seminarın məqsədi, əhəmiyyəti haqqında məlumat verdi. Sonra o, cıxış üçün sözü “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsini böyük elmi işçisi  Qabil Kazımova verdi. Q. Kazımov “Azərbaycanda tütünçülüyün inkişaf tarixi, hazırki vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edərək, tütünçülüyün dünyada və Azərbaycanda inkişaf tarixindən, vəziyyətindən, tütün istehsalçıları və tütün istehsalından, tütünün əhəmiyyətindən bəhs etdi. O, həmçinin 2010-2018-ci illərdə respublika üzrə tütün bitkisinin əkin sahəsi, tütün ixracı haqqında da ətraflı məlumat verdi.Tütünün  becərilməsinə dair texloloji proqram təqdim edərək, aqrotexniki tədbirlərdən, 2019-cu il üçün ölkə üzrə tütün əkini sahələrinin rayonlar üzrə təklif olunan strukturundan və s. bəhs etdi. Seminar iştirakçılarının marağına səbəb olan bu təqdimata istinadən məruzəçiyə suallarla müraciət olundu. Suallar ətraflı olaraq cavablandırıldı.Mövzu ətrafında geniş elmi müzakirələr aparıldı. Seminar işini müvəffəqiyyətlə  başa vurdu.

 

 

 

© 2020 Əkinçilik ETİ