Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Salyan, Biləsuvar, Cəlilabad DAİM-də fermerlərə təlim keçmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 27-28.02.2019 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Dünyamalıyev Sevindik Salyan, Biləsuvar, Cəlilabad DAİM-də ümumilikdə 71 nəfər fermerin iştirakı ilə “Taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Seminarın məqsədi bölgədə taxılçılığın inkişaf etdirilməsi və yüksək məhsuldarlığa nail olmaqla ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və başqa ölkələrdən asıllılığın aradan qaldırılmasına nail olmaqdır. Həmcinin fermerlərin maddi rifahının yaxşılaşdırılması üçün  elmi məsləhətlər verilmiş və müzakirələr aparılmışdır. Bu məqsədlə yüksək məhsuldarlığa nail olmaq üçün vacib olan ən mühüm aqrotexniki tədbirlərin aparılması, bitkiyə lazım olan gübrə normalarının  düzgün müəyyən edilməsi üçün torpaqda  olan qida maddələrinin miqdarının təyin edilməsi yolları fermerlərə izah edilmışdir. Təqdimat şəkillərindən istifadə edərək, bitkinin müxtəlif inkişaf mərhələlərində vacib olan aqrotexniki tədbirlərin aparılması, yemləmə gübrəsinin verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarzə tədbirlərinin aparılması haqqında elmi məsləhətlər verilmiş, müzakirələr aparılmışdır. Seminar iştirakçılarını maraqlandıran suallr ətraflı olaraq cavablandırılmışdır.

© 2020 Əkinçilik ETİ