Xəbərlər

Şəmkir, Tovuz, Gədəbəy rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 04.03.-05.03.2019 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun əməkdaşı, şöbə müdiri Rasib Zeynalov Şəmkir, Tovuz, Gədəbəy DAİM-də fermerlərə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. Tədbirlərdə  Şəmkir DAİM-in direktoru Kamil Yusibov, Tovuz DAİM-in direktoru Rəhman Qasımov və Gədəbəy DAİM–in direktoru Asəf Nağıyev rayon taxıl əkinlərinin vəziyyəti haqqında məlumat verərək, belə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən söz açdılar. R. Zeynalov təlimdə əyani vəsait kimi slayd materiallarından istifadə edərək, taxıl əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasıdan asılı olaraq veriləcək gübrə normalının müəyyənləşdirilməsi, onların verilməsi qaydaları barədə geniş məruzə etmişdir. Təlimlərdə taxılçılıq və heyvandarlıqla məşğul olan  69 nəfər fermer və mütəxəssis iştirak etmişdir. Təlim çərçivəsində fermerlər tərəfindən verilmiş suallara, qaldırılmış problemlərə aydınlıq gəitrilmiş, qarşılıqlı müzakirələr aparılmışdır.

 

 

© 2020 Əkinçilik ETİ