Xəbərlər

Qax, Şəki, Zaqatala rayonlarında “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçirilmişdir

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 04.03.-06.03.2019 tarixlərində Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik ET İnstitutunun əməkdaşı, aparıcı elmi işçi, a.e.ü.e.d. Yasin Kərimov Qax, Şəki, Zaqatala DAİM-də fermerlərə “Taxıl əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasında mineral gübrələrin əhəmiyyəti” mövzusunda təlim keçmişdir. O, tədbir iştirakçılarına respublikamızda kənd təsərrüfatı bitkiləri altında istifadə olunan gübrələr, onların əhəmiyyəti, normaları və verilmə qaydalarından bəhs etmiş, fermerlərə onların qarşılaşdiğı problemlərin həlli ilə bağlı müvafiq məsləhət və tövsiyyələrini vermişdir.       

Y. Kərimov dünyanın inkişaf etmiş ölkələrinin aqrar sahədə qazandıqları müsbət nəticələr, müasir innovasiya texnologiyalarından da bəhs etmişdir. Təlimlərdə taxılçılıq və heyvandarlıqla məşğul olan  75 nəfər fermer və mütəxəssis iştirak etmişdir. Tədbirin sonunda fermer və mütəxəssislərin çıxışları və rəyləri dinlənilmiş, gələcəkdə bu cür tədbirlərin müntəzəm olaraq keçirilməsi, müvafiq broşura və tövsiyyələrin paylanması, sahələrdə praktik məsləhətlərin verilməsi və ş. bu kimi təklifiər verilmişdir. Sonda tədbir iştirakçılarının sualları ətraflı olaraq cavablandırılmışdır.

© 2020 Əkinçilik ETİ