Xəbərlər

Əkinçilik ET İnstitutunda növbəti elmi seminar keçirildi

15.03.2019 tarixində Əkinçilik ET İnstitutunda elmi seminar keçirildi. İnstitutun istehsalat üzrə direktor müavini b.ü.f.d., dosent Zamanov Atif seminarı giriş sözü ilə açaraq mövzuya aid fikirlərini bildirdi. Sonra sözü Dənin keyfiyyəti laboratoriyasının elmi işçisi Sevinc Əsədovaya verdi. S. Əsədova ”Yumşaq buğda sortlarının çörək bişirmə xüsusiyyətləri” mövzusunda təqdimatla cıxış etdi. O, bugda bitkisinin becərilmə tarixindən, yumşaq buğda sortları haqqinda, bugdanin cörək bisirmə xususiyyətlərindən, Azərbaycanda bişirilən cörək növlərindən, istifadə olunan mayaların müsbət və mənfi tərəflərindən, yumşaq buğda dəninin cörək bişirmə yararlığını təyin edən keyfiyyət göstəricilərindən,  dən keyfiyyətinə təsir edən amillərdən (aqrotexniki qulluq, torpaq iqlim şəraiti), unun reoloji göstəricilərindən, xəmirin əmələ gəlmə müddətindən, maksimum yoğrulma və xəmirin yumşalma dərəcəsindən, valorimetr qiymətdən və s. ətraflı bəhs etdi. Elmi əməkdaşlardan aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Hacıməmmədov İmrəli, biologiya üzrə elmlər doktoru, dosent Allahverdiyev Tofiq,aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Abdullayev Abdin məruzəçiyə mövzu üzrə suallar verdilər. Suallar ətraflı olaraq cavablandırıldı, fikir mübadiləsi  və müzakirələr aparıldı. Sonda elmi əməkdaşların tövsiyələri dinlənildi.

 

© 2020 Əkinçilik ETİ