Xəbərlər

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun yaz-tarla sahələrində təcrübə keçdilər

14.05.2019 tarixində Bakı Dövlət Universitetinin biologiya fakültəsinin IV kurs tələbələri Əkinçilik Elmi-Tədqiqat İnstitutunda oldular. BDU “Botanika” kafedrasının əməkdaşı, biologoya üzrə fəlsəfə doktoru Təranə Ağayevanın rəhbərliyi altında 088-ci qrup tələbələri “İbtidai bitkilərin sistematikası və morfologiyası” fənni üzrə yaz-tarla təcrübə sahələrində təcrübə keçdilər. Sahədə onları “Bitki seleksiyası” şöbəsinin icraçı əməkdaşı, a.e.ü.f.d., dosent Sevda Hacıyeva qarşılayaraq seleksiyanın əhəmiyyətindən, institutun rayonlaşmış taxıl sortlarından, hibridləşmə prosesindən və s. haqqında onlara maraqlı və ətraflı məlumatlar verdi. Sonda xatirə şəkilləri çəkildi. 

 

 

© 2020 Əkinçilik ETİ