Xəbərlər

Cəlilabad DAİM-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli- paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 16 may 2019 tarixində Əkinçilik ET İnstitutu Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Hüseynağa Feyzullayev tərəfindən fermerlərə Cəlilabad DAİM-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli- paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi və  təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi. Təlim iştirakçılarına Təcrübə Stansiyasında becərilən dənli-taxıl bitki sortlarından arpanın “Cəlilabad-19”, buğdanın “Qobustan”, “Bərəkətli-95”, “Qarabağ” sortları, dənli-paxlalı bitkilərdən “Nərmin”, mərciməyin  “Zəfər” sortları haqqında ətraflı məlumat verildi, həmçinin tarlada əyani olaraq həmin sortların əkin sahələri nümayiş etdirildi. Təlim iştirakçıları həmin sortların toxumlarından səpin aparmaqda maraqlı olduqlarını bildirdilər. Səpin normaları və səpin müddətləri barədə suallarla müraciət etdilər. Suallar ətraflı və dolğun olaraq cavablandırıldı. Təlim seminarında taxılçılıq fəaliyyəti ilə məşğul olan 11 fermer təsərrüfatını təmsil edən nümayəndələr iştirak edirdilər. İştirakçı fermerlərdən Etibar Hüseynov və Asif Babayev çıxış edərək təlimin onlar üçün çox əhəmiyyətli oldugunu bildirdilər. Təlim işgüzar dialoq şəraitində keçdi.

 

© 2020 Əkinçilik ETİ