Xəbərlər

Neftçala DAİM-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 16 may 2019 tarixində Əkinçilik ET İnstitutunun “İlkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasının müdiri Əliyev Arif Möhsün oğlu tərəfindən fermerlərə Neftçala DAİM-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə  yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi. Rayon DAİM-in rəisi R.Salmanov ölkə rəhbərliyinin və KTN-nin yerlərdə fermerlərə göstərilən güzəşt və qayğılarından, bu cür təlimlərin əhəmiyyətindən bəhs etmiş, daha sonra sözü təlimçiyə vermişdir. Tədbirdə 15 nəfər fermer iştirak etmişdir. Təlimçi A. Əliyev qeyd etdi ki, məhsuldarlığın artırılmasında əsas şərt aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və düzgün yerinə yetirilməsi, məhsulun itkisiz yığılması, təhlükəsizlik qaydalarına ciddi əməl olunmasıdır. Təlimçi çıxışında tədqiqatçı alimlərin və qabaqcıl təsərrüfat adamlarının apardıqları tədqiqat və təcrübi bitkilərin istehsalatda tətbiqi və son nəticədə məhsulun artırılmasında müsbət rolunu qabarıq şəkildə göstərmişdir. Təlim geniş diskusiya şəklində keçmişdir. Fermerləri və aqrar könüllüləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin sonunda fermerlərin rəyləri dinlənilmiş və keçirilən tədbirlərin mütəmadi xarakter alması kimi təkliflər irəli sürülmüşdür.  

 

 

© 2020 Əkinçilik ETİ