Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında müqavilə bağlandı

Əkinçilik Elmi Tədqiqat İnstitutu ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında bağlanmış müqaviləyə əsasən alternativ yem bitkisi olan amarant bitkisinin əkilməsi nəzərdə tutulmuşdur. Bu müqavilə çərçivəsində əkinə yararlı, suvarılan olmaqla düzgün seçilmiş 1,5 ha sahədə, Heyvandarlıq ET İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında amarant bitkisi əkildi. Məlumat üçün bildirək ki, amarant bitkisi birillik bitkidir, toxum vasitəsilə çoxalır. Bitkinin məhsuldarlığı və qidalılıq dəyərinə gəldikdə isə, qeyd edək ki, amarant bitkisi həm dən, həm də yaşıl kütlə məhsuldarlığına malikdir. Amarantın dəni və yaşıl kütləsi zülal, yağ, mineral maddələr və vitaminlərlə zəngindir.

 

© 2020 Əkinçilik ETİ