Xəbərlər

Quba DAİM-də təlim seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyinin tədbirlər planına uyğun olaraq 10 iyun 2019 tarixində Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev tərəfindən fermerlərə Quba DAİM-də “Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim seminarı keçirildi.  

Təlimdə əkinçiliklə məşğul olan 22 nəfər fermer iştirak edirdi. Sevindik Dünyamalıyev öz çıxışında qeyd etdi ki, seminarın məqsədi bölgədə yetişdirilmiş yüksək məhsulun vaxtında, itkisiz və keyfiyyətli tədarük olunması haqqında geniş məlumat verməklə yanaşı, fermerlərin maddi rifahının yaxşılaşdırılması yolunda elmi məsləhətlər vermək və mövcüd problem və məsələləri müzakirə etməkdir. Eyni zamanda təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz  yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunmuşdur.  Bu məqsədlə sahədə yanğına qarşı mübarizə tədbirlərinin aparılması, qoruyucu zolaqların 3-4 metr enində şumlanması, xırmanın və anbarların təmizlənib dizinfeksiya edilməsi, suvarılan sahələrdə kombaynın normal hərəkətinin təmin edilməsi üçün su kanallarının doldurulması üçün vacib olan ən mühüm tədbirlərin aparılması yolları fermerlərə izah edilmışdir.

Təlim zamanı müzakirələr aparıldı, fermerləri maraqlandıran suallar cavablandırıldı.

© 2020 Əkinçilik ETİ