Xəbərlər

Balakən DAİM-də“Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim-seminarı keçirildi

20 iyun 2019-cu il tarixində Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun  Zaqatala Bölgə Təcrübə Stansiyasının “Əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri, a.e.ü.f.d. Nərgiz Abdullayeva tərəfindən Balakən rayonu üzrə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkilatçılığı ilə fermerlərə təlim keçirilmişdir. Təlim Balakən rayonu Qazbinə kəndində, fermer Dadayeva Ayparə Şaban qızının təsərrüfatında, Virciniya və Berley tipli tütün sortlarından ibarət 16.0 ha sahədə keçirildi. 

Təlimdə iştirak edən 12 nəfər fermer və fərdi təsərrüfat nümayəndələrinə “Tütün bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusu üzrə təlim materialı geniş şəkildə çatdırılmış və praktiki olaraq sahədə göstərilmişdir. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış, geniş diskusiya şəklində keçməklə fermerləri maraqlandıran suallar cavablandırılmış, tövsiyə broşurları iştirakçılara təqdim olunmuşdur. 

Tədbirin sonunda fermerlərin rəyi dinlənilmiş, belə tədbirlərin mütəmadi olaraq keçirilməsi, lazımi broşura, buklet, təlimatlandırıcı metodikaların, tövsiyələrin daha geniş şəkildə paylanılması kimi təkliflər verilmişdir.

 

 

© 2020 Əkinçilik ETİ