Xəbərlər

Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları Yaylaq Festivalında iştirak etdi

26-28 iyul tarixində Gəncə-Qazax iqtisadi rayonunun ərazisində “Milli Yaylaq Festivalı” keçirildi. Əsas məqsədi yaylaq və elat ənənələrinin yaşadılması və təbliği olan festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub. Festivalın keçirilməsinə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tərəfindən də dəstək verilmişdir. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan el şənliyində Azərbaycan Respublikası kənd təsərrüfat Naziri cənab İnam Kərimov iştirak etmişdi. Festivalda Azərbaycanın tarixi milli dəyərləri nümayiş etdirilmiş və kiçik tamaşalar şəklində canlandırılmışdı. Qeyd  edək ki, Yaylaq Festivalında Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları da fəal iştirak etmişdi.

© 2020 Əkinçilik ETİ