Xəbərlər

Əkinçilik İnstitutunun əməkdaşı İran İslam Respublikasının Rəşt şəhərində çəltikçiliyə həsr edilmiş beynəlxalq tarla günü və festivalında iştirak edib

Əkinçilik ET İnstitutunun direktor müavini Şikar Əhmədov 30 iyul-01 avqust 2019-cu il tarixlərində İran İslam Respublikasının Rəşt şəhərində Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzi ilə İranın Çəltik Tədqiqatları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tarla günü festivalında iştirak etmişdir. Tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti ilə yanaşı İraq və İran İRespublikalarının çəltikçilik üzrə mütəxəssisləri, fermerlər və İran Çəltik Tədqiqatı İnstitutunun alimləri iştirak edirdilər. Azərbaycan Respublikasını Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik ET İnstitutunun direktor müavini Şikar Əhmədov və Aqrar Elm və İnnovasiya Mərkəzinin Beynəlxalq ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli  təmsil edirdilər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Abbas Şahdi Mərkəzi və Qərbi Asiya üzrə Çəltik Mərkəzinin İdarəetmə Komitəsinin (TİK) 6-cı iclasının Bakıda müvəffəqiyyətlə təşkil edilməsinə ev sahibliyi etdiyi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə, Əkinçilik ET İnstitutuna öz təşəkkürlərini bildirdi. O, mərkəzin bu illər ərzində göstərdiyi fəaliyyət istiqamətləri və əldə edilmiş nailiyyətlər haqqında tədbir iştirakçılarına məlumat verdi.

Tədbirdə Əkinçilik ET İnstitutunun direktor müavini Şikar Əhmədov çıxış etdi. O, öz növbəsində təmsil etdiyi müəssisənin rəhbərliyi və kollektivi adından tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycanda çəltikçilik sahəsinin kənd təsərrüfatının əsas prioritet sahələrindən biri olduğunu, ölkə Prezidenti tərəfindən Azərbaycanda çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün təsdiqlədiyi Dövlət Proqramının məqsəd və vəzifələri, təsbit olunmuş Tədbirlər Planı, aparılan tədqiqat işləri barədə geniş məlumat verdi.

Tədbirin sonunda nümayəndə heyətimiz çəltikçilik təsərrüfatlarında fermerlərlə görüş keçirdi, çəltikçiliyin Azərbaycanda inkişafı və çəltikçilikdə yaranan problemlərlə bağlı fikir mübadiləsi apardı.

© 2020 Əkinçilik ETİ