Xəbərlər

“Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi cərcivəsində təlim proqramı davam edir

13.09.2019 tarixində Əkincilik ET İnstitutunda “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsi cərcivəsində təlim seminar keciildi. İnstitutun direktoru  Cavanşir Təlai iclası giriş sozü ilə açaraq hibrid qarğıdalı toxumçuluğu ilə bağlı aparılan işlərdən, Azərbaycanda bu sahənin gələcək inkişaf perspektivlərindən, iki institut arasında elmi əməkdaşlığın əhəmiyyətindən bəhs etdi. Sonra C.Təlai cıxış ücün sözü layihənin beynəlxalq eksperti Türkiyə Respublikasının Adana Tarımsal Araştırmalar İnstitutunun əməkdaşı Dr. Gönül Cömertpaya verdi. G. Cömertpay “Qarğıdalı yetişdirilməsində germplazmanın inkişafı“ mövzusunda geniş məzmunlu təqdimatla çıxış etdi. O, bitki becərilməsində molekulyar markerlərdən istifadə, bitki becərilməsinin əhəmiyyəti, bitki becərilməsinin müddəti, marker növləri, fenotipik seleksiya, DNT molekulyar marker üsulları, qarğıdalıda məsafə əmsallarının müəyyən edilməsi, heteotipik qruplaşdırma, struktur analizi, genom seleksiyası və s. məsələlərə ətraflı və dolğun şəkildə aydınlıq gətirdi. Mövzu üzrə suallar səsləndirildi, müzakirələr aparıldı.

 

© 2020 Əkinçilik ETİ