Xəbərlər

Beynəlxalq ekspertin iştirakı ilə qarğıdalı genotiplərində tozlanma işlərinə start verildi

Əkinçilik ET İnstitutunun “Qarğıdalı hibrid toxumçuluğunun Azərbaycanda təşkili” layihəsinin növbəti, beşinci mərhələsi çərçivəsində xarici ekspert İbrahim Cerit 25-29 sentyabr 2019-cu il tarixlərində Azərbaycanda səfərdə oldu. Səfər müddətində İbrahim Cerit istixana şəraitində Double haploid texnikası ilə qoyulan təcrübələrə baxış keçirdi. Sahədə növbəti dəfə gübrələmə və dərmanlama işləri aparıldı. Səfər zamanı İbrahim Cerit, institutun direktoru Cavanşir Təlai və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova ilə birlikdə təcrübə sahəsinə baxış keçirdilər və mövcud vəziyyət müzakirə edildi.

Bu dəfəki səfər zamanı ekspert İbrahim Ceritin iştirakı ilə Kolxisin və DMSO maddələri ilə işlənilmiş haploid toxumlardan əldə edilmiş qarğıdalı genotiplərində izolyasiya və tozlama işlərinə start verildi. Çiçəkləmə və tozlama prosesinin  növbəti 15 gün ərzində başa çatacağı gözlənilir. Ekspert İbrahim Cerit bitkilərin mövcud vəziyyətindən və işlərin gedişatından razı qaldığını bildirdi.

© 2020 Əkinçilik ETİ